Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Niderlandlı futbolçu BƏƏ-də pasport nəzarətində saxlanılıb
Rusiyanın “Spartak” klubunun niderlandlı futbolçusu Kvinsi Promes Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) pasport nəzarətində saxlanılıb.
Qeyd olunur ki, o, komandası ilə Sankt-Peterburqa uça bilməyib.
İdmançı təlim-məşq toplanışında olub. Futbolçunun saxlanılmasının səbəbi məlum deyil.
Verilən məlumata görə, klubun təhlükəsizlik işçiləri futbolçunun yanında qalıb.
Xatırladaq ki, fevralın 14-də Amsterdam məhkəməsi Kvinsi Promesi Antverpen limanına iki partiya kokainin idxalında iştirak etdiyinə görə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib. Bir neçə gün sonra o, beynəlxalq axtarışa verilib.
Mənbə: RBC