Fransanın sabiq-prezidenti Nikolya Sarkozi ona qarşı sürülmüş iddialardan, dindirilmə metodundan şok yaşayıb və hesab edir ki, bu, siyasi manipulyasiyanın nəticəsidir.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bu barədə sabiq fransız lideri “TF-1” və “Europa-1” telekanallarına verdiyi müsahibəsində bəyan edib. O, bəyan edib ki, “hüquqi dövlətin və respublikanın prinsiplərinə zidd” heç bir hərəkət etməyib. Eləcə də Sarkozi bildirib ki, “söhbət ədalət məhkəməsinin siyasi manipulyasiyasından gedir”.
Nikolya Sarkozi:
“Mən baş verənlərdən şok oldum. Mən heç bir imtiyaz istəmirəm, öz səhvlərimi boynuma alıram, nəticələr barədə də özümə hesabat verə bilirəm. Mən məsuliyyətdən qaçan adam deyiləm. Amma mən, məni eşidən hər bir fransızı bir anlıq düşünməyə səsləyirəm, sentyabr ayından başlayaraq mənim şəxsi zənglərimi dinləmək düzgündürmü?”.
Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə rəsmi şəkildə iddia irəli sürülüb. O rüşvətxorluqda, istintaq sirrinin başqaları tərəfindən açıqlanmasının məqsədli istifadəsi və səlahiyyətlərindən sui-istifadədə günahlandırılır. Fransız ədliyyəsinin fikrincə, Sarkozi Qanunun bu müddəaları üzrə pozulmalara “Lilian Bettankur” işi çərçivəsində onun 2007-ci il seçkilərinin qeyri-qanuni maliyyələşdirilməsi zamanı yol verə bilərdi.
Məlumdur ki, Sarkozinin işini aparan hüquqşünaslardan ikisi öz siyasi görüşlərinə görə sol qüvvələrə aiddir və sosialistlərə daha yaxın olan həmkarların üzvüdürlər.