Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, xalq artisti Amaliya Pənahova “Kaspi” qəzetinə müsahibə verib. Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:
- Sizin heç bir əməliyyata ehtiyacınız yoxdur. Hər yaşın öz gözəlliyi var. Siz bu yaşda da çox gözəlsiniz. Bəlkə ona görə hamı sizin əməliyyata ehtiyacınız olmadığını deyib?
- Təşəkkür edirəm. Mən elə böyük bir əməliyyat da etdirməmişəm. Nə üzümün cizgiləri, nə də baxışlarım dəyişib. Heç zaman gözləmirdim ki, mənim estetik əməliyyatım bu qədər qalmaqala səbəb olar. Ola bilər ki, insanlar mənim belə bir cəsarətli addım atacağımı gözləmirdilər. Hər kəs mənim əvvəlki görünüşümə öyrəşmişdi deyə, bəlkə də belə reaksiya verdilər. Mən bu fikirlərdə heç də xeyirxahlıq görmədim.