Luqanskın yaxınlığında kənddə şiddətli döyüşlərin davam etdiyi ərazidə ən azı doqquz dinc sakin həlak olub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, separatçıların iddia etdiklərinə görə, onlar Ukrayna silahlı qüvvələrinə atəş açıblar.
Kiyev hakimiyyəti separatçıları ittiham edərək bəyan ediblər ki, bu ərazidə Ukrayna aviasiyası olmayıb.
Daha öncə prezident Petr Poroşenko tərəflərin daima bir-birini pozmaqda günahlandırdıqları ongünlük atəşkəsin bitməsini elan edib.
Bundan başqa, xəbər verilib ki, Ukrayna hərbi silahlı qüvvələrinin 29 hərbçisi əsirlikdədir. Bu barədə müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirən Mixail Koval bildirib.
Onun sözlərinə görə, onlardan 11 nəfəri qatarda gedərkən eyni anda əsir düşüb. “Debalsevo” stansiyasında milis tərəfindən sənədlər yoxlanıldıqdan sonra onları kazaklara təhvil veriblər.
Koval eləcə də əlavə edib ki, hal-hazırda hərbçilərin dəyişdirilməsi işi gedir, onların bəziləri artıq ailələrinin yanındadır.
Öncə Ukrayna prezidenti administrasiyasında separatçıların cəmi 100 nəfər girov saxladıqları bəyan edilmişdi.