Norveçin “Fedrelandet viktigst” (“Vətən hər şeydən üstündür”) qapalı “Facebook” qrupunda avtobusda gedən bir dəstə çadra geyinmiş qadın şəkli paylaşılıb.
Oxu.Az-ın məlumatına əsasən, postun müəllifi “İnsanlar bu barədə nə fikirləşir?” sualını verib.

Qrupun izləyiciləri narazılıqlarını bildiriblər. Onlar mühacirəti tənqid edən və çadra geyinməyi qadağa edən qanunu dəstəkləyən 100-dən artıq şərh yazıblar.
“Çox qorxulu görünür, qadağa etmək lazımdır. Paltarın altında kimin olduğunu bilmək olmur. Bu, silahlı terrorçular da ola bilər”, - deyə izləyicilərdən biri qeyd edib.
Lakin bir məqamı qeyd etmək lazımdır: Əslində şəkildə çadra geyinmiş qadınlar yoxdur. Şəkildə avtobusun boş oturacaqları göstərilir.
N.О.