ABŞ-ın dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisi Viktoriya Nuland öz postunu tərk edir. Onu Amerika Birləşmiş Ştatlarının Ermənistandakı sabiq səfiri Con Heffern əvəz edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin məlumatında deyilir.
ABŞ Dövlət Departamentinin nümayəndələri jurnalistlərə Nulandın öz arzusu ilə getdiyini və ya Trampın prezident olması ilə əlaqədar olaraq vəzifəsindən uzaqlaşdırıldığını dəqiqləşdirməyiblər.
Heffern 2011-2014-cü illərdə ABŞ-ın Ermənistandakı səfiri olub. O, həmçinin NATO-nun Brüsseldəki mərkəzi ofisində Amerika missiyası rəhbərinin müavini olub.
N.O.
www.oxu.az