"Nvidia" şirkəti "Hugging Face" platformasını 12.93 milyard dollara aldığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında yer alan məlumatda bildirilir.
"Nvidia" əmin edib ki, "Hugging Face" bütün süni intellekt ekosistemi üçün açıq platforma olaraq qalacaq. Tərtibatçılar ehtiyac duyduqları modelləri, bulud xidmətlərini və təchizatçıları, həmçinin hesablama platformalarını seçə biləcəklər. "Hugging Face" vasitəsilə tətbiqlər yaratmaq və ya onları işə salmaq üçün onların "Nvidia" resurslarından istifadə etmələrinə ehtiyac olmayacaq.
"Hugging Face" 2016-cı ildə yeniyetmələr üçün əyləncəli tətbiq kimi yaradılıb. 2020-ci ilə qədər isə mərkəzləşdirilmiş platformaya çevrilib. Burada istənilən tərtibatçı öz süni intellekt modellərini, məlumat toplularını və alətlərini pulsuz saxlaya, yükləyə və sınaqdan keçirə bilər.