ABŞ prezidenti Barak Obama Konqresə 2016-cı ilin büdcə layihəsini göndərir.
Oxu.Az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, 4 trilyon dollarlıq büdcə layihəsində varlı amerikalılar və şirkətlərə qarşı vergilər, habelə daxili xərclərin artırılması nəzərdə tutulur.
Planın hər 2 palatada çoxluq təşkil edən Respublikaçıların kəskin etirazına səbəb olacağı gözlənilir.
Obama deyir ki, büdcədə məqsəd orta təbəqəni gücləndirməkvə zəhmətkeş ailələrə kömək etməkdir.
Respublikaçılar isə hesab edir ki, bu addım ölkə iqtisadiyyatına ziyan vuracaq.