Ekvatorial Qvineya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) qoşulub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falihi OPEC-in 172-ci sammitinin nəticələrinə görə jurnalistlərə bildirib.
“Düşünürəm ki, üzv olmayan ölkənin təşkilata qoşulması faktı OPEC-in yaxşı işlədiyini göstərir”, - əl-Falihi deyib.
N.О.
www.oxu.az