İtaliyalı aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq istədiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bunu Moskvada qeydiyyatda olması və mütəmadi olaraq bu şəhərə gəlməsi ilə əlaqələndirib.
Aktrisa xatırladıb ki, babası əslən Rusiyadan olub.
“Anamın atası rus çarının həkimlərindən biri idi”, - deyə o vurğulayıb.