Özbəkistanın “Adolat” (“Ədalət”) Sosial-Demokratik Partiyası və Özbəkistanın Xalq-Demokratik Partiyası prezident seçkilərində iştirak üçün rəsmi müraciət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasına istinadən RİA Novosti məlumat yayıb.
Daha öncə MSK-nın mətbuat xidməti Özbəkistanın Liberal-Demokratik Partiyası və “Milli tiklaniş” (“Milli dirçəliş”) Özbəkistanın Milli-Demokratik Partiyasının da seçkilərdə iştirak üçün müraciət etdiklərinə dair məlumat yayılmışdı.
N.O.
www.oxu.az