Pakistanın paytaxtı İslamabadda məscidin yaxınlığında partlayış baş verib.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, partlayış Xədicətül-Kubra məscidində cümə namazı zamanı baş verib. Partlayış nəticəsində azı 10 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilir.
Pakistanın paytaxtında məscidin yaxınlığında partlayış baş verib: Azı 10 nəfər ölüb

Xilasetmə qrupları hadisə yerinə göndərilib.
Hadisənin digər detalları hələ açıqlanmır.