Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paris Vəkillər Kollegiyası Durovun statusu ilə bağlı açıqlama verib
Avqustun 24-də Fransada saxlanılan "Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov şübhəli statusundadır. Onun ittiham olunduğu barədə hələlik heç bir məlumat yoxdur.
Oxu.Az xəbər verir ki, bunu TASS-ın müxbiri ilə söhbətində fransız hüquqşünas, Paris Vəkillər Kollegiyasının üzvü və Paris Dekart Universitetinin doktorantura şöbəsinin rəhbəri Filip de Vel bildirib.
"Fransa qanunları baxımından, hələlik Pavel Durova qarşı irəli sürülən ittihamların hamısında günahsız hesab olunur" , - deyə vəkil qeyd edib.
De Vel əlavə edib ki, həbs müddəti başa çatdıqdan sonra Durovun işinə baxan hakim "Telegram"ın həmtəsisçisinin Fransanı tərk etməməsi üçün həbsini davam etdirməyə qərar verə bilər.
"Durovun respublika ərazisini tərk etməməsi üçün cinayət işi çərçivəsində onun barəsində həbs qətimkan tədbiri seçilə bilər" , - ekspert bildirib.
De Velin sözlərinə görə, Durova qarşı irəli sürülən bəzi ittihamlar ləğv edilə bilər. Vəkil əlavə edib ki, bunlar çox ciddi ittihamlardır və güclü sübut tələb edir.
De Vel "Telegram" həmtəsisçisinin görünməmiş təzyiqlərə məruz qala biləcəyi ilə bağlı fikirlərini də ifadə edib.
"Pavel Durovun saxlanılması" teqi üzrə xəbərlər
- Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib
- Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?
- Fransa hakimiyyəti Durovun qardaşını və "Telegram"ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir
- "Telegram"ın yaradıcısı Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir?
- "Telegram"da şəxsi mesajlarda məxfilik ləğv edilir?
Rəylər