Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pentaqon rəhbəri: “Ukrayna da, biz də təslim olmayacağıq”
Amerika Birləşmiş Ştatları digər müttəfiqlərlə birlikdə Ukraynanı dəstəkləyir və ukraynalılar döyüşdükcə, onlarla birlikdə müqavimət göstərəcək.
Bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
ABŞ müdafiə nazirinin sözlərinə görə, Kreml hələ də müttəfiq ölkələrin Ukraynaya marağını itirəcəyinə və tərəfdaşların dəstəyinin zəifləyəcəyinə ümid edir.
“Ancaq indi mən həmişəkindən daha əminəm - ABŞ Ukraynanın yanındadır və bu mübarizədə Ukraynanı dəstəkləyəcək”, - o deyib.
Ostin vurğulayıb ki, koalisiya üzvləri, o cümlədən ABŞ Ukraynanı ona görə dəstəkləyir ki, Kiyev haqlıdır və bu, Birləşmiş Ştatların özünün əsas təhlükəsizlik maraqlarına uyğundur.
“Ukrayna da, biz də təslim olmayacağıq”, - Pentaqon rəhbəri qeyd edib.
Mənbə: rbc.ua
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Tramp: "ABŞ-də azad ticarət yoxdur və bütün dünya bizi soyur"
- ABŞ-dən iranlı nazirə qarşı sanksiya
- Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"
- KİV: "ABŞ Panama kanalını hərbi yolla tutmaq planı hazırlayıb"
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz