“Kremldə Türkiyədəki səfirimiz Andrey Karlova qarşı Ankaranın sərgi mərkəzində silahlı hücumun olması ilə bağlı informasiya araşdırılır”.
Oxu.Az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Vladimir Putin artıq bu haqda məlumatlandırılıb: “Dövlət başçısı Rusiya Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının rəhbərlərindən hesabat gözləyir”.
A.M.