Polşa Avropa Şurasının sədri Donald Tuskun yenidən seçilməsi ilə əlaqədar Aİ-nin yekun bəyannaməsini imzalamaqdan imtina edib.
Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir.
Polşanın baş naziri Beata Şidlo sənədin imzalanmasını boykot edib və bütün tərəflərin razılığı olmadan sammit baş tutmuş hesab edilməyəcək. Beləliklə, Polşa tərəfi etiraz etmək qərarına gəlib, bundan əvvəl də Tuskun yenidən seçilməsinə Varşava etiraz etmişdi.
Daha öncə, Aİ-nin üzv ölkələrinin rəhbərləri tərəfindən Donald Tuskun qarşıdakı iki il altı ay müddətinə yenidən sədr seçildiyi barədə məlumat yayılmışdı. Beləliklə, Tusk bu struktura 2019-cu ilin noyabrına qədər rəhbərlik edəcək.
N.О.
www.oxu.az