Ukrayna prezidenti Pyotr Poroşenko Mariya Qaydara ölkə vətəndaşlığı təqdim edib, prezidentin saytında bildirilib.
Oxu.Az xəbər verir ki, Qaydar ilə birgə Ukrayna vətəndaşlığını “Forbes-Ukraina” jurnalının sabiq baş redaktoru, Rusiya vətəndaşı olan Vladimir Fedorin də alıb.
“Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı ictimai xadim Mariya Qaydara və “Forbes-Ukraina” jurnalının sabiq baş redaktoru Vladimir Fedorinə vətəndaşlığın verilməsinə dair fərman imzalayıb”, - məlumatda deyilir.
Poroşenko Qaydar və Fedorinə Rusiya ilə əlaqəni itirməməyi arzulayıb.
“Sizin mövqeyiniz, fikriniz və Ukraynaya dair məlumat Kremlin təxribatına alternativ kimi milyonlarla rusiyalı üçün mühümdür”, - Ukrayna lideri bildirib.
Mərasimdə iştirak edən Mariya Qaydar bəyan edib ki, Ukrayna xalqının ümumi düşmən – “Rusiyada olduğu kimi burada da insanları öldürən avtoritar rejim” ilə mübarizədə Ukrayna xalqının taleyini bölüşməyə hazırdır.