Ukrayna prezidenti Pyotr Poroşenko bu ərəfədə atəşə məruz qalmış Kramatorskda (Donetsk vilayəti) olub.
Oxu.Az-ın məlumatına görə, Ukrayna KİV-i xəbər verir ki, bu barədə Ukrayna dövlətinin rəhbərinin mətbuat katibi Svyatoslav Seqolko bildirib.
“Əlbəttə, Pyotr Poroşenko bu gecə Kramatorska gəlməyə bilməzdi. Minsk danışıqları ərəfəsində o, “SMERÇ”in Ukraynaya vurduğu yaraları öz gözləri ilə görməlidir”, - S.Seqolko deyib.
“Kasset bombasının uzunluğu bir metrdən artıqdır. Onun yeri məgər evin həyətidir? Məgər Rusiyanın bu silahı Ukrayna barbarlarına çatdırması və ukraynalıları öldürməsi üçün arqumenti ola bilər?” bu sualları fransız filosofu Bernar-Anri Levi verib.
O, Kramatorska, ukraynalıları müstəqillikləri uğrunda mübarizədə dəstəkləmək üçün gəlmişdi. Deyir ki, insanlığa qarşı belə cinayət mütləq cəzalandırılmalıdır”, - S.Seqolko qeyd edib.
O vurğulayıb:
“Bu gün dünyanın Rusiyanı Ukraynaya qarşı aqressiyasını dayandırmaq şansı var. Bundan istifadə etmək lazımdır”.