"Qərb və Kiyev hakimiyyəti Türkiyənin İstanbul şəhərində Ukraynada nizamlanma ilə bağlı razılaşmalarından Rusiyanın strateji məğlubiyyəti üçün imtina etdi, lakin onlar buna nail ola bilmirlər".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin vaxt Kiyevdəki hökumət nümayəndələri ilə mümkün sülh sazişinin demək olar ki, bütün parametrlərinə nail olunub, hər şey barədə razılığa gəlinib.
"Bundan əlavə, hazırda hələ də Ali Radada hakim partiyanın fraksiyasına rəhbərlik edən danışıqların nümayəndə heyətinin rəhbəri (Ukrayna tərəfindən David Araxamiya - red.) bu razılaşmalara viza verdi", - deyə Putin diqqətə çatdırıb.
"Sonra cənab Conson (həmin dövrdə Britaniyanın baş naziri Boris Conson - red.) gəldi, ukraynalılara son adamlarına qədər vuruşmaq göstərişi verdi. Bu, Rusiyanın strateji məğlubiyyəti məqsədi ilə edildi, lakin buna nail olunmur", - deyə prezident vurğulayıb.
Rəylər