Rusiya prezidenti Vladimir Putin ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya qrupunun Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya-Suriya hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu təsdiqləyib.
Oxu.Az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qanunda göstərilir ki, Rusiya aviasiya qrupu Suriya tərəfinin istəyi ilə Latakiya vilayətindəki Hmeymim aerodromunda yerləşdirilir.
Sözügedən aerodrom Rusiya tərəfinin ixtiyarına təmənnasız verilir.
N.O.