Xüsusi xidmət orqanlarının silahlı əməkdaşları xaricdə rusiyalı diplomatların təhlükəsizliyini yalnız diplomatik nümayəndəliyin ərazisində təmin edə bilirlər.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 21-də RF prezidenti Vladimir Putin bəyan edib.
“Ümumi qaydalara əsasən, səfirliyin silahlı mühafizəsi silahla yalnız diplomatik nümayəndəliyin ərazisində işləyə bilər. Səfirlikdən kənara silahla çıxmaq qadağandır. Problemdə elə bundadır”, - dövlət başçısı Federal Məclisdə görüş zamanı deyib.
O qeyd edib ki, belə qayda yalnız Türkiyədə deyil, dünyanın əksər ölkələrində var.
Bununla belə, Putin hesab edir ki, bir sıra ölkələrdə vəziyyəti nəzərə alaraq “razılaşmaq olar”.
S.B.
www.oxu.az