Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini öz məqsədlərinə çatmaq məqsədi ilə islam ekstremistlərini dəstəklədiyi üçün tənqid edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatla o, növbəti iclasının Soçidə keçirən “Valday” beynəlxlaq diskussiya klubunun iştirakçıları qarşısında çıxış edib.
“Yeri gəlmişkən, partnyorlarımızın ardı-ardına eyni səhvi etmələrinə təəccüblənməkdən yorulmuram. Vaxtı ilə onlar Sovet İttifaqı ilə mübarizə üçün islam ekstremist hərəkatına sponsorluq edirdilər. Burada Taliban və Al-Qahidə meydana gəlib”, - Putin xatırladıb.
Onun sözlərinə görə, Qərb beynəlxalq terroristlərin Rusiyaya və mərkəzi Asiya regionuna müdaxiləsini “dəstəkləmədiyi halda gözünü yumurdu”. “Biz bunu unutmamışıq”, - Rusiya Federasiyasının prezidenti bildirib.
Terrorizmlə müharibədə Qərb öz siyasətinin nəticələri ilə mübarizə aparır və bu ona baha başa gəlir, Putin vurğulayıb.