Rusiya Federasiyasının prezidenti Vladimir Putin İstanbulda baş verən, son məlumata görə, 36 insanın öldüyü, 147 nəfərin yaralandığı terror aktı ilə əlaqədar türk xalqına başsağlığı verib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Putin Böyük Vətən müharibəsinə həsr edilmiş görüşün iştirakçıları - rus və alman məktəbliləri ilə söhbəti zamanı bildirib.
“Dünən baş verən terror aktına görə təəssüflənirik, baş sağlığı veririk”, - deyə Putin bildirib.
Məktəblilərlə söhbət zamanı Putin qeyd edib ki, bu qəbildən olan layihələr Türkiyədə baş verən terror aktı kimi “dəhşətli hadisələrin baş verməyəcəyi mühiti yaratmaq imkanı verir”.