Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
“Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər”, məlumatda deyilir.
İki ölkə lideri həmçinin avqustun 8-də Bakıda imzalanmış müqavilələrin həyata keçirilməsini nəzərdən keçirib.
Xatırladaq ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün sonunda Bakı bəyannaməsi imzalanıb.
S.B.
www.oxu.az