Almaniyada “Porsche”sevərləri dəhşətə gətirən hadisə baş verib.
Oxu.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ən zəngin 20 ölkə liderinin bir araya gəldiyi “G-20” zirvə toplantısının baş tutduğu Hamburq şəhərində lüks “Porsche” avtomobillərinin sərgiləndiyi “Eidelstedt”dəki mərkəzdə yanğın çıxıb.
Yanğının “G-20” toplantısının Hamburqda keçirilməsinə etiraz edənlər tərəfindən başlanıldığı ehtimal edilir.
Yanğın nəticəsində “Porshe” markalı 12 lüks idman avtomobili yanıb. Yanan avtomobillərinin ümumi dəyəri 1 milyon avro hesablanıb.
Z.Q.
www.oxu.az