2016-cı ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Nurqali Bilisbekova istinadən məlumat yayıb.
“2011-ci ildən hazırlanmasının ilkin mərhələsində 64 ekstremist aksiyasının qarşısı alınıb. Bu ilin əvvəlindən isə doqquz belə faktın qarşısı alınıb. Mülki vətəndaşların sıx olduğu yerlərdə, eləcə də hüquq-mühafizə və xüsusi dövlət orqanları obyektlərinə terror hücumlarının qarşısı alınıb”, - Bilisbekov qeyd edib.
N.O.
www.oxu.az