Qazaxıstanın milli iqtisadiyyat naziri Kuandık Bişimbayev “Bayterek” holdinqin rəhbər vəzifəsində olarkən Qızılordada (Qazaxıstanın cənubunda) şüşə istehsalı üzrə zavodun tikintisində 3 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiya ilə mübarizə üzrə milli büronun mətbuat xidməti məlumat yayıb.
Daha öncə büronun mətbuat xidməti iri məbləğdə rüşvət almaqda ittiham edilən Bişimbayevin həbs olunduğu barədə məlumat yaymışdı.
N.O.
www.oxu.az