Cənubi Afrika polisi keçmiş rəfiqəsinin yeni sevgilisini öldürərək, ürəyini yemiş kişini həbs edib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, hadisə Keyptaun yaxınlığındakı qəsəbələrdən birində baş verib. Hadisənin qurbanının 62 yaşı olub, rəqibi onu ürəyindən bıçaqla vurub.
Qətldə şübhəli bilinən şəxs həbs edilib, o, Zimbabve əsillidir.
Hadisənin şahidlərinə və polislərə aldıqları mənəvi zərbəyə görə psixoloji yardım göstərilib.