Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Reper Kendrik Lamarın mahnısı "Qremmi" mükafatına layiq görüldü
ABŞ-də "Qremmi" mükafatının 67-ci təqdimetmə mərasimi keçirilib.
Oxu.Az tədbirin rəsmi saytına istinadən xəbər verir ki, "Ən yaxşı elektron albom" nominasiyasında əsas mükafat BRAT albomuna görə Şarlotta Emma Eytçisona (Charli XCX) verilib.
ABŞ-li rep ifaçısı Kendrik Lamarın "Not Like Us" bəstəsi "İlin mahnısı" nominasiyasında "Qremmi" mükafatına layiq görülüb.
İlin "Ən yaxşı solo ifası" müsabiqəsinin qalibi "Espresso" nəğməsinə görə Sabrina Karpenter olub.
"İlin albomu" üzrə "Qremmi" musiqi mükafatına isə dünyaca məşhur müğənni Beyonse layiq görülüb. Belə ki, 43 yaşlı ifaçının "Cowboy Carter" albomu ilin ən uğurlu albom layihəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, "Qremmi" dünyada ən nüfuzlu musiqi mükafatı hesab olunur. O, 1959-cu ildən Amerika Səsyazma akademiyası tərəfindən verilir. Qalibləri akademiyanın üzvləri səsvermə yolu ilə müəyyən edirlər.
"Qremmi mükafatı" teqi üzrə xəbərlər
- Kanye transparant libası ilə diqqətləri üzərinə çəkən Byankadan boşanır? - Qərarlarını açıqladılar
- "Qremmi" qalmaqalından sonra Kanye Uest və Byanka Senzori boşanmağa hazırlaşırlar
- "Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi
- "Qremmi" mükafatının təqdimetmə mərasimindən ən parlaq və fərqli obrazlar
- "Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular