Türkiyə almaniyalı deputatlara iyulun 17-də NATO-nun Konyadakı hərbi bazasını ziyarət etməyə icazə verməyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Spiegel nəşri yazır.
Nəşrin məlumatına əsasən, deputatların səfərinə qadağa qoyulması barədə xəbərdarlıq cümə günü Almaniyanın Xarici İşlər Nazirliyinə təqdim olunub.
Nota şəklində təqdim edilən sənəddə qeyd olunur ki, hazırda Türkiyə və Almaniya arasında vəziyyət gərgindir, bu səbəbdən deputatların səfəri arzuolunmazdır.
S.B.
www.oxu.az