İsveçin XİN-i bazar ertəsi Baltika üzərində baş verən NATO və Rusiyaya məxsus təyyarələr arasında baş verən hadisəyə görə, RF-nin krallıqdakı səfirini nazirliyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a XİN-in mətbuat xidmətindən bildirilib.
“Rusiyalı səfir Müdafiə Nazirliyinin bu gün haqqında məlumat yaydığı hadisə ilə əlaqədar izahat üçün dəvət edilib”, - XİN nümayəndəsi Qunnar Vranq bildirib.
Rusiyanın Su-27 qırıcısı uçuş zamanı beynəlxalq hava məkanında İsveçin kəşfiyyat təyyarəsinə yaxınlaşıb, bu barədə İsveçin Müdafiə Nazirliyi məlumat yayıb.
“Tapşırıq üçün səmaya qalxan İsveç təyyarələrinin Rusiya təyyarələri ilə identifikasiyasında qeyri-adi heç nə yoxdur, - məlumatda deyilir, - amma bu dəfə Rusiya təyyarəçisinin hərəkətini “xususi” adlandırmaq olardı, belə ki, iki təyyarə arasında məsafə cüzi olub”.
S.S.
www.oxu.az