"Rusiya Federasiyasının NATO ərazisinə hücum planı yoxdur".
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Almaniya Litvada qoşunlarının yerləşdirilməsini "tarixi qərar" kimi səciyyələndirir. Almaniyanın yüksəkrütbəli hərbi rəsmiləri hesab edirlər ki, Rusiya yaxın 5-7 il ərzində NATO ərazisinə hücum edə bilər. Öz tərəfimizdən bir daha qeyd edirik ki, ölkəmizin belə planları yoxdur" , - nazirlik bildirib.
Bundan əvvəl məlum olub ki, Litvada, Belarusla sərhədə yaxın ərazidə Bundesver qoşunlarının daimi dislokasiyası üçün hərbi bazanın tikintisinə başlanılıb. Bu, İkinci Dünya Müharibəsinin bitməsindən sonra ilk belə haldır.