Rusiya Silahlı Qüvvələri Sumı və Donetsk vilayətlərində yaşayış məntəqələrini nəzarət altına alıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Rusiya qoşunları son 24 saat ərzində Sumı vilayətində Konstantinovka və Donetsk vilayətində Zelyonoye Pole yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.