Rusiyada azərbaycanlı idmançı dünyasını dəyişib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Çerepovets şəhərində yaşayan həmyerlimiz Əli Novruzov məşq zamanı həyatını itirib.
Qarışıq təkbətək döyüşlə məşğul olan 17 yaşlı Novruzov sparrinq rəqibi İvan Çekurovdan ürək nahiyəsindən aldığı zərbədən ayılmayıb. Hadisə noyabrın 6-da Döyüş Sənətləri Mərkəzidə baş verib.
Mərhumun cənazəsi noyabrın 7-də Azərbaycana gətirilib və Qubada dəfn edilib.
Olayın görüntülərini təqdim edirik.
Allah rəhmət eləsin.