Rusiyanın Kamçatka diyarında 5,3 bal gücündə zəlzələ baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 19.25-də (Bakı vaxtı ilə 20.25-də), Petropavlovsk-Kamçatka şəhərindən 91 km şərqdə, 47.7 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.