Rusiyanın Tomsk şəhərinin kənarında Mi-8 helikopteri sərt eniş edərək yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Mash” “Teleqram” kanalı məlumat yayıb.
Mi-8-in göyərtəsində 45 yaşlı qadın yaxınlıqdakı xəstəxanalardan birinə təxliyyə olunurmuş. “Telegram” kanalının məlumatına görə, pasiyent ötən gün affekt vəziyyətində öz evini yandırıb. Ev yanaraq kül olsa da, qadın sağ qalıb.
Yeri gəlmişkən, həmin qadın aviaqəzada sağ qalanlardan biridir. Helikopterin göyərtəsində ümumilikdə altı nəfər olub: tibbi işçiləri, pasiyent və ekipaj üzvləri.
Qəzalı eniş nəticəsində iki nəfər həlak olub. Hər iki qurbanın – helikopterin pilotları Şepelyov və Mesyaçko olduğu bildirilir. Onların meyitləri helikopterin dağıntıları altında qalıb. Dörd nəfər yaralanıb.
Xatırladaq ki, ötən gün isə Moskvanın şəhər kənarında Saratov hava yolları şirkətinə aid An-148 sərnişin təyyarəsi yerə çırpılıb. Təyyarənin göyərtəsində 71 nəfər – 65 sərnişin və altı ekipaj üzvü olub. Qəzadan sağ çıxan olmayıb.