Rusiyanın Krasnoyarsk bölgəsinin Yenisey dairəsində meşəlik ərazidə iki qadının meyiti aşkar edilib. Meyitlər xilasedicilər tərəfindən tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.
Bundan əvvəl Yenisey axtarış-xilasetmə şöbəsinin əməkdaşları iki təqaüdçü qadının tapılması istiqamətində əməliyyat həyata keçirirdilər. Avqustun 31-də göbələk yığmaq məqsədilə evdən çıxan qadınlar itkin düşmüşdülər. Axtarış tədbirlərinə polis əməkdaşları və könüllülər də cəlb olunmuşdular.
Məlumata əsasən, tapılan qalıqların üzərində vəhşi heyvanın hücumuna xas olan izlər müşahidə edilib. Qadınların ayı tərəfindən parçalandığı bildirilir.