Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada qəribə hadisə: Tanımadığı şəxs barmağını dişlədi, bir müddət sonra öldü
Rusiyanın Sankt-Peterburq şəhərində 51 yaşlı kişinin ölümü ilə nəticələnən şokedici hadisə baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Mash na Moyke" "Telegram" kanalı xəbər yayıb.
Bildirilir ki, yerli uşaq bağçalarının birinin yanında iki sakin arasında münaqişə baş verib. Peterburqlu kişi yoldan keçənə davranışı ilə bağlı irad tutub və ona orta barmağını göstərib. Cavabında qəzəblənmiş tanımadığı şəxs kişinin barmağını dişləyib. Bu, ilk baxışda əhəmiyyətsiz görünən dişləmə isə faciəyə səbəb olub.
Zaman keçdikcə barmaq şiddətli şəkildə şişməyə başlayıb və zərərçəkmişin səhhəti getdikcə pisləşib.
Kişi tibbi yardım üçün yalnız təxminən iki həftə sonra - vəziyyət kritik hal aldıqda müraciət edib. Həkimlər onun sağ əlində nekrotik infeksiya səbəbindən kəskin iltihab diaqnozu qoyublar.
Onun üçün təcili əməliyyat qərarı verilib, lakin cərrahi müdaxilə zamanı kişi vəfat edib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırır.
Rəylər