Yekaterinburqda Ural Dövlət Hüquq Universitetinin Prokurorluq İnstitutunun məzunları ziyafət gecəsində kütləvi şəkildə salmonellyoza infeksiyasına (qida zəhərlənməsi kimi tanınan simptomatik infeksiya - red.) yoluxublar.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, məlumatı Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti də təsdiq edib.
Qeyd olunur ki, 12 məzun yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta ağırdır.
Hadisədən dərhal sonra məzunlar sosial şəbəkələrdə paylaşımlar edərək zəhərlənmə hadisə barədə məlumat veriblər. Onlar daha çox ziyafətin keçirildiyi obyektin səriştəsizliyindən şikayət ediblər.
Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.