Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum olunmaqdan qorxmadığını bəyan edib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Saakaşvili bunu “Rustavi-2” telekanalının efirində deyib.
“Ukrayna vətəndaşlığından məhrum olunma məsələsinə gəlincə, bu fantaziya sahəsinə aiddir. Onlarda siyasi resurs yoxdur, bundan başqa, mən bundan qorxmuram”, - deyə Saakaşvili bildirib.
N.О.