Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdacağını bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, siyasətçi bu barədə Facebook sosial şəbəkəsində canlı yayımda deyib.
“Mən sentyabrın 10-da Polşadan Ukraynaya “Krakoveç” nəzarət-keçid məntəqəsindən qayıdacam”, - Saakaşvili bildirib.
O qeyd edib ki, vətəndaşlıq hüququnu məhkəmədə müdafiə edəcək.
S.B.
www.oxu.az