Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şahzadə Harri ilk döyməsini nümayiş etdirdi
Böyük Britaniya şahzadəsi Harri son bir il ərzində üzərində işlədiyi "Invictus" oyunlarına həsr olunmuş döymə etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
Usta döyməni canlı yayımda şahzadənin boynuna çəkib. Kral III Çarlzın oğlu sona qədər təsvirin nə olacağını dəqiq bilməyib.
Harrinin döyməsini məşhur rəssam Celli Roll həkk edib. O, Harrinin boynuna oyunların loqotipini döymə etdirib və sürpriz olaraq öz imzasını da əlavə edib.
"Invictus" oyunlarının loqosunun bir hissəsinə çevrilən "Invictus I Am" yazısı Uilyam Ernest Henlinin məşhur "Invictus" poemasından ilhamlanıb.
Qeyd edək ki, "Invictus" oyunları 2025-ci ilin fevralında Vankuverdə keçiriləcək.
"Şahzadə Harri" teqi üzrə xəbərlər
- Kral ailəsində dramatik münasibətlər: Şahzadə Harriyə atası ilə bağlı mühüm məlumat verilmədi
- Meqan Markl və şahzadə Harrini narazı salan səbəb açıqlandı: "O, çox da məmnun deyil"
- Şahzadə Harri və Meqan Markl boşanırlar?
- Şahzadə Harri həbs oluna bilər
- Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər