Ermənistanın Sünik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölkənin Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin əməkdaşları - avtomobili idarə edən leytenant Armen Musikyan və kapitan Aleksan Simonyan ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, qəza Yerevan-Gorus avtomobil yolunda baş verib.
İnformasiyaya əsasən, “Lexus” markalı “PN 0001” dövlət nömrə nişanlı avtomobil Meğri –Yerevan yolunun 231-ci km-də yolun hərəkət hissəsindən çıxaraq 40 metr yuvarlanmaqla dərəyə düşüb.
Onların Ermənistan prezidenti Serj Sarkisyanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərdə müşayiət etdikləri ehtimal olunur.
:640.jpg)
N.О.