Bu il Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması ATƏT məkanında təhlükəsizlik arxitekturasının necə həssas olduğunu göstərdi.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə ATƏT-ə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasının açılışından əvvəl təşkilatda sədrliyi başa çatan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer jurnalistlərə açıqlamasında deyib.
Nazir əlavə edib ki, Hamburqdakı iclasda bütün münaqişələri həll etmək mümkün olmasa da, ATƏT məkanında münaqişələrin həlli mexanizmlərinin gücləndirilməsi vacibdir.
O, ATƏT-in Ukraynanın şərqindəki böhran və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə əla iş apardığını da əlavə edib.
“Bəzi hallarda ATƏT bu münaqişələrin açıq müharibəyə keçidinin qarşısını alıb”, - deyə XİN rəhbəri vurğulayıb.
N.O.
www.oxu.az