Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Nişida ilk zərərli vərdiş kimi tez-tez yemək vaxtlarını ötürməyi qeyd edib. Bu səbəbdən insanda enerji səviyyəsi azala və diqqəti cəmləməkdə çətinliklər yarana bilər.
İkinci vərdişlə bağlı həkim xəbərdarlıq edib ki, sürətli gümrahlıq hissi yaradan şəkərin həddindən artıq istehlakı enerjinin qəfildən azalmasına gətirib çıxara bilər.
Valeska Nişida qeyd edib ki, üçüncü vərdiş qidalanmanın kifayət qədər müxtəlif olmamasıdır. Eyni qidaların daimi istehlakı qida maddələrinin çatışmazlığına səbəb ola bilər.
Həddindən artıq güc itkisinə səbəb olan amillər arasında diyetoloq həmçinin kifayət qədər su içməməyi, rasionda çoxlu miqdarda ultraemal olunmuş qidaların olmasını və yağ tərkibi yüksək olan qidaların həddindən artıq istehlakını da qeyd edib.