Seneqalın cənub-şərqində müsəlmanların dini mərasimi zamanı baş verən yanğın nəticəsində 22 nəfər ölüb, 87 nəfər xəsarət alıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Report” “France-Press”ə istinadən xəbər verir.
Məlumata əsasən, hadisə ölkənin Mədinə Qonas şəhərində yerləşən ziyarətgahda olub.
İnformasiyaya əsasən, xəsarət alanlardan 20-nin vəziyyəti ağırdır.
Yanğının səbəbi haqda məlumat yayılmayıb.
N.О.