Aİ Şurası iyunun 20-də Avropaya qısamüddətli səfərlər üçün nəzərdə tutulmuş Şengen vizasının dizaynının dəyişdirilməsinə dair qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Şuranın məlumatında deyilir.
Ümumi dizaynın dəyişdirilməsinin məqsədi təhlükəsizlik və sənədin saxtalaşdırılmasının qarşısını almaqdır.
“20 ildən artıqdır ki, dövriyyədə olan cari viza ilə sənədin saxtalaşdırılması və fırıldaqçılıqla əlaqədar ciddi problemlər yaranıb”, - Şuranın məlumatında deyilir.
Aİ-nin Şurasında qeyd edilib ki, Aİ-nin müqavilələrinə əlavə edilmiş protokollara müvafiq olaraq İrlandiya və Böyük Britaniya yeni reqlamentin subyektləri olmayacaq. Amma Avropa komissiyası onların xahişi ilə bu iki dövlətin milli vizasının formatına dair informasiya mübadiləsi məqsədilə qarşılıqlı fəaliyyət göstərə bilər.
Yeni reqlamentə görə, aşağıdakı dizayna sahib olacaq:

S.S.
www.oxu.az