Misirin paytaxtı Qahirə istiqamətində hərəkət edən sərnişin qatarı Nilin deltasında yerləşən Minufiya əyalətində relsdən çıxıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Yaum as-Sabia” qəzetinin elektron versiyasında məlumat yayılıb.
Yerli polisin məlumatına görə, qəza nəticəsində xəsarət alan olmayıb. Dəmir yolunun bu istiqamətində hərəkət müvəqqəti olaraq dayandırılıb. Əyalət hakimiyyəti sərnişinlərin yaxın stansiyalara çatdırılması üçün onlarla avtobus ayırıblar.
Tanta şəhərində Qahirəyə doğru hərəkət edən 548 saylı qatar Şibin-əl-Kom stansiyası yaxınlığında relsdən çıxıb.
Hadisədən sonra sərnişinlər arasında iğtişaş yaranıb, insanlar vaqonların pəncərələrindən tullanıblar.
N.O.
www.oxu.az