Səudiyyə Ərəbistanının şərqində, Qətif şəhərində partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.
Məlumata əsasən, terrorçu-kamikadze iftar zamanı özünü məsciddə partladıb.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.