Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri barədə məlumat verilmir.
A.M.